Fransa Senatının qərarı Qarabağ probleminin 30 ildir nə səbəbə həll olunmadığının bariz göstəricisi oldu”.
Bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Fransa Senatının “Dağlıq Qarabağ Respublikası”nı tanımaq qərarını şərh edərkən bildirib.
“Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi qərəzsiz olmalıdır. Bu qərar isə bunun belə olmadığını, Fransanın Qarabağla bağlı həllin deyil, problemin bir hissəsi olduğunu bir daha nümayiş etdirdi”, - deyə o vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.