AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Kontakt Home” bu qazilərin borcunu bağladı

  • + A
  • - A
  • 1-12-2020, 20:00



    “Kontakt Home” mağazalar şəbəkəsi II Qarabağ müharibəsində əmək qabiliyyətini itirmiş bütün müharibə iştirakçılarının kredit borcunu bağlayıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə mağazalar şəbəkəsinin açıqlamasında qeyd edilib.

    “Vətənimizin müdafiəsi uğrunda sağlamlıqlarından keçən müharibə iştirakçılarının yaralarını sağalda bilməsək də, digər formada onlara dəstək olmaq istədik. Odur ki, II Qarabağ döyüşlərində əmək qabiliyyətini itirmiş bütün müharibə iştirakçılarının, yəni, 1-ci və 2-ci əlillik dərəcəsi almış soydaşlarımızın şəbəkəmizə olan borclarını ləğv edirik. Əlavə olaraq, daha ağır vəziyyətlərini nəzərə alaraq, 1-ci qrup əlillərin həm də ailə üzvlərinin (ata, ana, həyat yoldaşı və övladları) borclarını bağışlayırıq.

    Eyni zamanda “Kontakt Home” olaraq bu döyüşlərdə yararlanan və hazırda müalicəsi davam edən müharibə iştirakçılarına əmək fəaliyyətlərini bərpa etdikləri müddətdə dəstək olmaq məqsədilə onların kredit borcları üzrə ödənişlərini dondurmaqda davam edirik”, - açıqlamada bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR