AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qarabağ”ın məşqçisi itkilərdən danışdı: “Mahir Emreli də koronavirusa yoluxub” - VİDEO

  • + A
  • - A
  • 2-12-2020, 19:40



    “Qarabağ”ın futbolçusu Mahir Emreli sabah UEFA Avropa Liqasının Təl-Əviv “Makkabi”si ilə oyununda olmayacaq. O, koronavirusa yoluxub.

    Bunu “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov bildirib.

    Qurban Qurbanov koronavirusa yoluxduğundan, onun əvəzinə mətbuat konfransına çıxan E.Rəhmanov sabahkı oyunqabağı itkilərdən danışıb:

    “Rahil Məmmədov uzun müddətdir komanda ilə məşq etməyib. Yəqin ki oyundan kənarda qalacaq. Bədəvi Hüseynovla Patrik Andradenin də zədəsi davam edir. Onlar da heyətdən kənarda qalacaqlar. Mahir Emreli də koronavirusa yoluxub. Salamat 13-14 futbolçumuz qalıb”.

    Qeyd edək ki, “Qarabağ” – “Makkabi” görüşü Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar olaraq Bakıda yox, İstanbulda keçiriləcək. Görüş Bakı vaxtı ilə 3 dekabr saat 21:55-də başlayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR