AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ

  • + A
  • - A
  • 3-12-2020, 10:11


    Ceyhun Məmmədov
    Milli Məclisin deputatı


    Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü, noyabrın 10-u isə Zəfər Günü kimi qeyd olunacaq.

    Sərəncamlarda da qeyd olunduğu kimi, İkinci Qarabağ savaşında düşmən hər cür təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız böyük əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.
    1905, 1918 və 1988-ci illərdə də ermənilər bu cür cinayətləri müxtəlif formalarda törətmişdilər. Məşhur bir ifadə var: “Tarix təkrarlanır”. Bəzən tarix o zaman təkrarlanır ki, ondan nəticə çıxarılmır. Bu anım gününün təsis olunması və hər il qeyd olunması bu vəhşiliklərin və təxribatların unudulmaması baxımından xüsusi əhəmiyyət daşıyır.
    Noyabrın 10-nun ölkəmizdə hər il Zəfər Günü kimi qeyd olunmasına gəldikdə isə Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycan xalqınin əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin möhtəşəm qələbəsini təmin etdi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
    Prezident İlham Əliyevin böyük uzaqgörənliyi, xüsusi diqqət və qayğısı ilə dövlətimiz ölkəmizin daha da güclü olması üçün üzərinə düşən hər bir vəzifəni uğurla icra edir və hər zaman edəcəkdir. Hazırda qarşımızda böyük vəzifələr durur. Hər birimiz ölkəmizin daha da güclü olması üçün bütün gücümüzlə çalışmalıyıq. Hər kəs müharibə dövründə olduğu kimi, çalışdığı sahədə öz təhfəsini verməlidir. Azərbaycanın güclənməsini gözü götürməyənlər yeni təxribatlar törətməyə çalışacaqlar. Bu baxımdan hər an ayıq-sayıq olmağımız, bütün gücümüzlə çalışmağımız xüsusi önəm daşıyır.
    Bu gün güclü olmağın əsas şərtlərindən biri də elmi potensialımızın və iqtisadiyyatımızın daha da gücləndirilməsidir. Bu günün gəncləri gələcəyin idarəçiləridir. Ona görə gənclərimiz dərin savad və biliyə malik olmaq, dil biliklərini, dünyagörüşlərini zənginləşdirmək, analitik təfəkkürə malik olmaq üçün böyük səylə çalışmalı, daima üzərlərində işləməlidirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR