AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADBTİA -nın tələbəsi Elmin İsmayılov - "Vətənim, Xalqım, Prezidentim və Ordumla qürur duyuram"

  • + A
  • - A
  • 3-12-2020, 04:37

    AzadMedia.az-ın bu dəfəki qonağı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının üzgüçülük fakültəsinin III kurs tələbəsi Elmin İsmayılov olub.

    ADBTİA-nın tələbəsi Elmin İsmayılov, "Azərbaycan gənci olaraq, Vətənim, Xalqım, Prezidentim və Ordumla qürur duyuram", dedi.
    Artıq, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda əks-hücum əməliyyatı ilə başladığı və bu gün Ermənistanın məğlub edilərək təslim olması ilə nəticələnən II Qarabağ müharibəmizin – “Qarabağ Zəfəri” ölkənin hər yerində, şəhər və rayonlarında üç rəngli bayrağımızla vətəndaşlarımızın küçələrə çıxaraq bu tarixi qələbə gününü böyük coşqu və sevinc hissi ilə qürurla qeyd edilir..
    Azərbaycan gənci olaraq, Vətənimlə, Xalqımla, Ali Baş Komandanım və Ordumla qürur duyuram!
    Qarabağ Zəfərin mübarək, Vətən!
    ADBTİA -nın tələbəsi Elmin İsmayılov - "Vətənim, Xalqım, Prezidentim və Ordumla qürur duyuram"
    Belə ki, sentyabrın 27- də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hücuma keçib yeni ərazilərimizi işğal etmək məqsədilə hərbi obyektləri və mülki əhalini hədəfə alandan sonra müzəffər ordumuz beynəlxalq hüquqa və ədalətə dayananaraq, torpaqlarımızda düşmənə sarsıdıcı zərbələr endirməklə, ərazi bütövlüyümüz uğrunda əks-hücuma keçdi və 44 günlük uğurlu döyüş əməliyyatları həyata keçirdi. Əlbəttə ki, işğalçı Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı zərbələrinə davam gətirməyib böyük miqdarda canlı qüvvə və hərbi texnika itirdi, hansı ki, bu gün öz insanlarının qarşısında tam şəkildə etiraf etməyə belə çəkinir. Belə ki, təcavüzkar erməni, əvvəllər olduğu kimi, yenə də uğursuzluqlarını əhəmiyyətsiz dərəcədə kiçildir, Azərbaycan Ordusunun saysız qələbələrini gizlədirdi. Eyni zamanda, mənfur düşmən öz tərəfində yaranan təşviş və fərarilik barədə dezinformasiya yaymağa davam edirdi. Əslində isə, yalnız bir məqsəd var idi, Ermənistan rəhbərliyi tərəfindən yayılan saxta məlumatlar ilə, qorxu və təşvişə düşən erməni əhalisinin diqqətini yanlış informasiyalarla əsl həqiqətdən yayındırmaq. Beləliklə, Cənab Prezidentin ali diplomatiyası və 44 günlük şiddətli döyüşlər nəticəsində, Azərbaycan Ordusunun Qarabağı azad etməsi faktı sübut etdi ki, Azərbaycanın güclü Siyasi Lideri və rəşadətli ordusu var və bu, təkzibolunmaz faktdır.

    Belə ki, həmin günlərdə, Ermənistanda gənclər ordudan yayındığı və yaxud da postları qoyub qaçdığı halda, hər bir Azərbaycan gənci orduya könüllü yazıldı, valideynlər övladları ilə qürur duyaraq, onları “Vətən sağ olsun” deyərək cəbhəyə yola salırdı, Azərbaycanda yaşayan və dünyadakı həmvətənlərimiz Ali Baş Komandana və Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirirdi, Qarabağ eşqi ilə yaşayırdı və bu xalqın prezidentinə və cəsur ordusuna olan inam idi və bu gün bu reallığa çevrildi, Azərbaycan tarix səhifəsində yeni bir tarix, Qarabağ Zəfər tarixi yazdı.
    Əlbəttə ki, Azərbaycan, öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparırdı. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərdi, düşmənə sarsıdıcı zərbələr endirdi, bir sözlə, düşməni torpaqlarımızdan qovdular, öz canları və qanları bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapdı. Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazdıq, şanlı tarixini.. Biz bu gün tarixi ədaləti bərpa elədik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımız idi və bunu tam şəkildə isbatladıq.

    Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.
    Var olun, Cənab Ali Baş Komandan və Müzəffər Ordumuz!
    Qarabağ Zəfərimiz Mübarək olsun!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR