AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan sabah Azərbaycana səfər edəcək

  • + A
  • - A
  • 8-12-2020, 21:00


    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Bakıda keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda iştirak etmək üçün sabah Azərbaycana səfər edəcək.

    APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutacaq.

    Səfər zamanı Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq platformalarda dəstəklənməsi ilə bağlı birgə addımlar, iki qardaş ölkə arasında mövcud əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.

    Səfər çərçivəsində aktual beynəlxalq və regional məsələlər barəsində fikir mübadiləsi aparılacaq. Eyni zamanda, ikitərəfli əlaqələrə dair müxtəlif anlaşma və memorandumların imzalanması da planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR