Bosniya və Hersoqovina rəhbərliyi Rusiya XİN rəhbəri Sergey Lavrovu boykot edib.
Bu gün ölkənin Rəyasət Heyətinin sədrləri Komşiç (xorvat) və Caferoviç (Bosniya müsəlmanları) Lavrovla Sarayevo şəhərində planlaşdırılan görüşə qatılmayıblar. Əvəzində Rəyasət Heyətinin serbiyalı üzvü Dodik diplomatla görüş keçirib.
Xorvat və Bosniya müsəlmanları icmasının boykot addımı Lavrovun 1995-ci ildə ölkədə vətəndaş müharibəsini dayandıran Deyton sazişini tənqid etməsi ilə əlaqələndirilir.
Xatırladaq ki, Bosniya və Hersoqovina xorvat, serb və müsəlman icmasının seçdiyi 3 nəfərlik kollektiv Rəyasət Heyəti tərəfindən idarə olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.