AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU-da “Azərbaycanda tütünçülük: nəticələr, perspektivlər” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib

  • + A
  • - A
  • 15-12-2020, 19:13



    2020-ci il dekabrın 15-də Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Əkinçilik Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı, eləcə də “Azərtütün ASK” MMC-nin mütəxəssislərinin iştirakı ilə “Azərbaycanda tütünçülük: nəticələr, perspektivlər” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.

    Konfransın məqsədinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2021-ci illərdə Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarət olduğu diqqətə çatdırılıb.

    İlk olaraq ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək Dövlət Proqramının icrası müddətində universitetdə görülmüş işlər barəsində ətraflı məlumat verib. ADAU-da kadr hazırlığı məsələləri, tütünçülüyün elmi əsaslarla təşkili və fermerlərə göstərilən Aqrar Məsləhət Xidmətindən geniş bəhs edib.

    Növbəti çıxışda Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşı, dosent Sevinc Məmmədova aparılan tədqiqat işləri, yaradılmış tütün sortları, Azərbaycanda tütünçülük ənənələri və genofond barədə məlumatları ətraflı təqdimat edib.

    Məruzəçilərdən “Azərtütün ASK” MMC-nin baş aqronomu Hacı Hacıyev, baş texnoloqu Mərdan Qasımov tütünçülük sahəsində Azərbaycanda və dünyada mövcud vəziyyət, qlobal iqlim dəyişmələri şəraitində tütünçülük təsərrüfatlarında fəaliyyətlərin təşkili, tütün və tütün məhsullarının iqtisadi əhəmiyyəti, tütünçülükdə innovativ texnologiyaların tətbiqi, milli brendlərin yaradılması, rəqabət qabiliyyətinin və məhsul ixracının artırılması istiqamətində müəssisədə görülmüş işləri tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

    ADAU-nun professoru Firuddin Qurbanov çıxışında işğaldan azad olunmuş ərazilərdə tütün istehsalının inkişafı perspektivi barəsində təkliflərini səsləndirib.

    Sonra ADAU-nun Təcrübə və karyera mərkəzinin müdiri Gülnaz Əsgərzadə və mərkəzin müdir müavini Xalıq Xəlilov tələbələrin istehsalat təcrübələrinin təşkili haqqında geniş məlumat verib, müəssisələrlə imzalanmış müqavilələr barəsində təqdimat edərək gələcəkdə əməkdaşlıqların inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

    Tədbirdə çıxış edən ADAU-nun Bitki mühafizəsi kafedrasının dosenti Vüsal Məmmədov və dosent əvəzi Aytəkin Məmmədova tütün bitkisinin zərərverici və xəstəlikləri barədə fikirlərini çatdıraraq, tütünün istehsalının təşviqinə yönəlmiş təkliflərini səsləndiriblər.

    ADAU-dan konfransa qoşulan Bitkiçilik kafedrasının əməkdaşları Arzu Babazadə, Elnarə Nəzərəliyeva və Gülnara Abbasova kafedranın əməkdaşları tərəfindən tütünçülüyə dair son illərdə çap olunmuş dərs vəsaiti, təlim materialları, təqdimatlar və s. materiallar barədə məlumat veriblər.

    Sonda tədbir iştirakçıları qarşılıqlı marağa səbəb olan suallar ətrafında geniş fikir mübadiləsi edib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR