Korrupsiyanın qarşısının alınması üçün maliyyə xarakterli tələblər sərtləşdirilir.
APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Banklar haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, korrupsiyanın qarşısını almaq üçün vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada beş min beş yüz manatdan yuxarı olan borcu və min yüz manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim edəcəklər.
Qüvvədə olan qanuna əsasən, vəzifəli şəxslər şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə və şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim etməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.