AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

17 YAŞLI AZƏRBAYCANLI DÜNYANIN ƏN NÜFUZLU BİZNES UNİVERSİTETİNƏ QƏBUL OLDU

  • + A
  • - A
  • 22-12-2020, 17:47


    S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının məzunu Züleyxa Kişiyeva ABŞ-ın ən qədim, dünyanın ən məşhur universitetlərindən biri olan Pensilvaniya Universitetinin Wharton Biznes məktəbində tam təqaüd ilə təhsil almaq imkanı əldə edib.

    Züleyxa Kişiyeva beynəlxalq SAT (1560 bal ) və IELTS ( Overall 7.5 ) imtahanlarına hazırlaşaraq, rəsmi imtahanlarda yüksək nəticələr əldə etmişdir. Rəsmi imtahan nəticələrini əldə etdikdən sonra xaricdə təhsil istiqamətində araşdırmasına Beynəlxalq Təlim və Layihə Mərkəzinin Beynəlxalq Əlaqələr Departamenti direktoru Zəfər Həsənov tərəfindən dəstək verilmişdir. Daha sonra Zəfər Həsənovun dəstəyi ilə Zəhra Qasımzadə ilə həmkarı olduğu Click Energy adlı klaviaturadan enerji alan layihəsi GENIUS Olimpiadasında da qalib olaraq, 20.000 dollar təqaüdə layiq görülmüşdür.
    Züleyxa Kişiyeva qəbul faizi 8,4 faiz olan Pensilvaniya Universitetinin bakalavr pilləsində təhsil almaq şansını əldə edən yeganə Azərbaycanlıdır. Qeyd edək ki, Donald Trump, İvanka Trump, Elon Musk, Warren Buffett kimi bir çox məşhur şəxslər də bu universitetin məzunlarıdır. Züleyxa Kişiyeva burada iqtisadiyyat ixtisası üzrə təhsil alacaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR