24 dekabr 2020-ci il tarixdə Şimali Osetiya – Alaniya Respublikasında “Azərbaycanlılar Konqresi” nin Mərkəzi ofisində Konqresin fəxri prezidenti Şahin Məmmədovun, Konqresin sədri Murtaza Gülməmmədovun, Konqresin Ağsaqqallar Şurasının sədri Ələkbər Quliyevin, Konqresin Gənclər Təşkilatının sədri Zaur Mamedovun, Konqresin mətbuat xidmətinin rəhbəri Elçin Şükürün və diospora üzvülərinn iştirakı ilə möhtərəm prezidentimiz İlham Əliyevin doğum günü münasibətilə möhtəşəm tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Şimali Osetiya Respublikası “Azərbaycanlılar Konqresi”nin fəxri Prezidenti Şahin Məmmədov açaraq: bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür deyərək İlham Əliyevin yeri və rolu barədə danışdı.
Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin mütərəqqi dövlətçilik ideyalarını və prinsiplərini əldə rəhbər tutaraq, ölkənin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi istiqamətində fəaliyyətini müvəffəqiyyətlə davam etdirməsindən, Onun rəhbərliyi altında Azərbaycan siyasi və iqtisadi inkişafda mühüm uğurlar əldə etmiş, qabaqcıl islahatlara və müsbət dəyişikliklərə imza atmış və bu gün də bu yolda qətiyyətlə irəliləməsindən danışaraq
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Zəfər yürüşündən danışdı.
2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci ilin noyabrın 20-də Ağdam rayonu, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər rayonu, 2020-ci ilin dekabrın 1-də isə Laçın rayonu sülh yolu ilə Azərbaycana qaytarılıb.
Şimali Osetiya “Azərbaycanlılar Konqresinin” sədri Murtuza Gülməmmədov tədbirdə çıxış edərək Azərbaycan quruculuğunda Heydər Əliyev siyasi xəritəsindən məharətlə istifadə edərək
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri ilə görkəmli siyasi xadim və tarixi şəxsiyyət adı qazanmış Ali Baş Komandan İlham Əliyev cənablarının həyat yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək Ona xoş arzularını bildirdi:
İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967–1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır 1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir. 1991–1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir. 1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir. 2001–2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır. 2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmişdir. 2018-ci ildə səslərin 86,03% -ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş və hazırda prezident vəzifəsini icra edir.
Şimali Osetiya - Alaniya Respublikası Dumasının deputatı, "Azəri" Cəmiyyətinin sədr müavini Fuad Kazımov da Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənablarını doğum günü münasibətilə təbrik edib:
Ad günü münasibətlə cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti, səmərəli və məsuliyyətli dövlət fəaliyyətində uğurlar arzulayırıq!
Ad gününüz mübarək, cənab Prezident!
P.S: "Görünən dağa bələdçi lazım deyil" demişdir babalarımız. Azərbaycan tarixinin daş yaddaşına 8 Noyabr "Zəfər günü"nü qızıl hərflərlə həkk etdirən möhtərəm Prezidentimizi şanlı qələbəsi ilə təbrik edirik.
Hazırladı: Elçin ŞÜKÜR, Şimali Osetiya – Alaniya Respublikası
“Azərbaycanlılar Konqresinin” mətbuat xidmətinin rəhbəri