AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Osloda Qarabağ həqiqətlərindən bəhs edən 200 reklam lövhəsi quraşdırılıb

  • + A
  • - A
  • 29-12-2020, 11:35



    Norveçdə fəaliyyət göstərən “CAN” Azərbaycan-Norveç diaspor təşkilatının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə paytaxt Oslonun mərkəzi küçələrində Qarabağ həqiqətlərindən bəhs edən 200 reklam lövhəsi (bilbord) quraşdırılıb.

    Layihə yerli ictimaiyyətin diqqətini Qarabağ həqiqətlərinə və Vətən müharibəsinə cəlb etmək məqsədi ilə gerçəkləşdirilib. Layihə ilə vətəndaş cəmiyyətinə Qarabağda Azərbaycanın təhlükəsiz gələcəyinin qurulması üçün birlikdə işləməyin, sülh müqaviləsinə riayət olunmasına birgə səylər göstərməyin, Azərbaycan ərazilərində birgə humanitar aksiyalar həyata keçirməyin mümkün olması ilə bağlı ismarıclar verilib.

    Layihə müəllifləri, həmçinin dünya ictimaiyyətini Ermənistanın azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərə diqqət yetirməyə çağırıblar.

    Bilbordlarda yerləşdirilən fotoşəkillər arasında məşhur fotoqraf Reza Deqqatinin birinci və ikinci Qarabağ savaşı zamanı çəkdiyi fotolardan da istifadə olunub.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR