AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə hökuməti cari ilin son iclasını keçirib

  • + A
  • - A
  • 29-12-2020, 18:47




    Türkiyə bütün sahələrdə olduğu kimi kənd təsərrüfatında da dinamik inkişafı qoruyacaq. Bu il qida təhlükəsizliyinin təmin edilməsi üçün vacibdir. Cari ilin 11 ayında ölkədə sərmayə qoyuluşu, istehsal həcmi və kənd təsərrüfatı məhsuldarlığı dəfələrlə artıb. On bir ayda sərmayə qoyuluşuna tələbat ötən ilin müvafiq dövrü ilə müqayisədə otuz faiz çoxalıb.

    Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin 2020-ci ilə dair sonuncu iclasından sonra xalqa müraciətində deyib.

    Türkiyənin bundan sonra da dünyadakı ikili standartlara boyun əyməyəcəyini, bütün sahələr üzrə milli inkişaf strategiyasını davam etdirəcəyini diqqətə çatdıran dövlət başçısı yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə toxunaraq deyib ki, xəstəliyə qarşı yerli peyvəndin istifadə olunması mühüm hədəflərdəndir.

    Qeyd edək ki, hökumət riskləri azaltmaq üçün həftəsonu və gündəlik “Evdə qal!” rejimləri tətbiq edir. Növbəti uzunmüddətli “Evdə qal!” rejimi dekabrın 31-də yerli vaxtla saat 21:00-da başlayıb 2021-ci il yanvarın 4-də saat 5:00-dək davam edəcək. Fevralın 15-nə qədər məktəblərdə əyani təhsil olmayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR