AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə yol infrastrukturunu və istehsalat müəssisəsini genişləndirir

  • + A
  • - A
  • 26-12-2020, 21:03


    Ankaranın gələcəyin paytaxt şəhəri olması üçün çox çalışmışıq. Avtomobil və dəmir yollarını, hava limanını gələcəyə hazırlamaq üçün böyük sərmayələr yatırılıb. Gölbaşı yol qovşağının açılışı da bu işlərin davamıdır.

    AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri Ankara Gölbaşı yol qovşağının açılış mərasimdə videoformatla çıxışında ifadə edib.

    Sonra Əskişəhərdə qurulan “ETİ Mədən Litium” İstehsalat Birliyinin açılışında da videoformatla çıxış edən dövlət başçısı əminliklə bildirib ki, Türkiyə inkişaf strategiyasını qərarlılıqla davam etdirməkdə israrlıdır. Dünyadakı ikili standartlar Türkiyənin öz yolundan döndərə bilməz. Təbii sərvətlərdən səmərəli istifadə etmək, o cümlədən bu məhsulları sənayeyə çevirmək mühüm strategiya kimi davam edəcək. Əskişəhərdə istehsal ediləcək litium ixracla yanaşı, Türkiyədə yüksək texnologiyalara aid məhsulların tədarükü üçün də mühüm əhəmiyyət daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR