Koronavirus səbəbilə FHN-nin Zığdakı modul tipli xəstəxanasında süni nəfəs aparatına qoşulan tanınmış tarixçi alim Dilavər Əzimlinin vəziyyəti kritikdir.
AzadMedia.az-ın məlumatına görə, bu barədə məlumat verən deputat Qənirə Paşayeva deyib ki, alimin sağlıq durumunun kritik olması ilə bağlı dostlar, media nümayəndələri, alimlər öz narahatlığını onunla bölüşürlər:
"Bildirmək istərdim ki, Dilavər müəllimin müalicə aldığı xəstəxananın FHN-nin tərkibində olmasını nəzərə alaraq, nazir Kəmaləddin Heydərovla danışdıq, dostların, ziyalıların narahatlıığını bölüşdük. Hörmətli nazir xəstəxananın baş həkimi ilə danışaraq, xəstənin vəziyyəti ilə yaxından maraqlandı və bir daha bildirmək istərdim ki, həkimlərimiz bugünədək Dilavər müəllimə (eləcə də digər xəstələrimizə) əllərindən gələn şəfqəti əsirgəmədikləri kimi, bundan sonra da öz xüsusi diqqətlərini əsirgəməyəcək, ona həssaslıqla yanaşacaqlar".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.