AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Abşeronun sabiq baş memarının həbs müddəti artırıldı

  • + A
  • - A
  • 11-01-2021, 10:35


    Binəqədi Rayon Məhkəməsində rüşvət almaqda əqsirləndirilərək, həbs edilən Abşeron Rayon İcra Hakimiyyətinin baş memarı Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədovun barələrində olan həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

    Trend-in məlumatına görə, prosesdə vəsatətlər təmin edilib və hər iki şəxs barəsində seçilmiş həbs-qətimkan müddəti uzadılıb.

    Xatırladaq ki, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri - rayonun baş memarı Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədov ötən il iyunun 23-də rüşvət alarkən saxlanılıb və hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində dörd ay müddətə həbs-qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR