AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Müdafiə Nazirliyi: Mehmetçiklərimiz Qarabağda minalardan təmizləmə işlərinə davam edir

  • + A
  • - A
  • 11-01-2021, 11:30


    Qəhrəman Azərbaycan ordusunun 44 gündə böyük qələbə qazandığı Qarabağda minalardan təmizləmə işləri davam edir. Ermənistan ordusunun tələ qurduğu minalı sahələr Azərbaycan Ordusu tərəfindən təmizlənir.

    Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumatda, “Quru Qoşunlarımızın Xüsusi Təyinatlı Mina Təmizləmə birliklərinin 136 hərbçisi də Azərbaycan ordusuna dəstək üçün bölgəyə göndərilib.

    Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə minatəmizləmə təlimi keçən mehmetçiklərimiz eyni zamanda işğaldan azad edilən Qarabağda minatəmizləmə əməliyyatlarında iştirak edir”, - deyə qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR