Roma Papası Fransisk koronavirus (COVİD-19) əleyhinə peyvənd olunub.
AzadMedia.az TASS-a istinadla xəbər verir ki, 84 yaşlı Fransiskə "Pfizer/BioNTech" peyvəndi vurulub. Fransiskə dərmanın ilk dozası tətbiq edilib, ikinci dozanı üç həftədən sonra qəbul edəcək.
93 yaşlı fəxri Papa XVI Benediktin də peyvənd olunmağa hazırlaşdığı bildirilir.
Qeyd edək ki, Vatikan ümumilikdə 10 min doza "Pfizer/BioNTech" peyvəndi sifariş edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.