Roma papası Azərbaycanı nümunə göstərdi: Yalnız bir yol var
Roma Papası Fransisk bu gün Vatikanda Qafqaz dağ yəhudilərindən ibarət nümayəndə heyətini qəbul edib.
Oxu.az xəbər verir ki, pontifik kədərlə müasir dünyada anti-semitizmin mövcudluğunu qeyd edib.
Onun sözlərinə görə, xristianlar anti-semit ola bilməzlər, çünki xristian və yəhudilərin kökləri birdir. Roma papası ümid etdiyini bildirib ki, anti-semitizm bütün dünyada məhv ediləcək:
“Mən hər zaman yəhudilərlə katoliklər arasında qardaşlıq və qarşılıqlı anlaşmaya əsaslanan dostluğun vacibliyini qeyt etmək istəyirəm. Mən hər şeyə görə, o cümlədən dostluğumuza görə təşəkkür etmək istəyirəm”.
Bununla bağlı danışan Papa Fransisk Azərbaycanı xatırladıb:
“Azərbaycanda gözəl dinlərarası görüşləri xatırlamaq istərdim ki, burada dinlərin yarada biləcəyi harmoniyanı hiss etdim. Yalnız bir yol var – hər kəsə görə dua etmək və hər kəslə ünsiyyət qurmaq, mili nizəyə çevirmək, nifrət edildiyin zaman sevmək, təhqir edildiyin zaman bağışlamaq, dünya ilə harmoniyada yaşamaq”.