AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hərbçilər sığorta pulunu bu sənədlərlə ala biləcəklər

  • + A
  • - A
  • 1-02-2021, 08:00


    Sığorta məbləği nə qədərdir, hansı sənədlər toplamaq lazımdır?

    Son vaxtlar gələn məktublara, zəng və sms-lərə nəzərən demək olar ki, maarifləndirmə zəif olduğu üçün Vətən Müharibəsində yaralanan əksər Qazilərimiz hələ də sığorta ilə bağlı hara müraciət edəcəklərini, hansı sənədlərin toplanmasını bilmir və sağlamlıqları bahasına haqq etdikləri sığortanı ala bilmirlər.
    Azadmedia.az olaraq Vətən Müharibəsində yaralanmış Qazilərimizi bu barədə məlumatlandırmaq istəyirik.

    Qeyd edim ki, ümumi sığorta məbləği 11 min manatdır. 1-ci dərəcəli əlilliyə görə 80% (8800 manat), 2-ci dərəcəli əlilliyə görə 60% (6600 manat), 3-cü dərəcə əlilliyə görə 40% (4400 manat) sığorta pulu ödənilir. Ağır xəsarətə (yaralanma, travma, kontuziya) aldıqda 25% (2750 manat), yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda ümimi məbləğin 5%-i (550 manat) hərbçiyə ödənilir.
    Sadə dildə yazsaq, hər bir yaralanmış Qazi hərbi hissədən travma haqqında arayış alıb hospitala təqdim etməli, hospitaldan arayış əsasında forma 20 almalıdır.
    Daha sonra forma 20, şəxsiyyət vəsiqəsi və hərbi biletlə birgə yaşadığı yerə yaxın Azərsığortaya yaxınlaşıb müraciət etməlidirlər. Azərsığorta da zədələrə uyğun olaraq Qaziyə sığortapulu hesablayır.

    Ümumiyyətlə, Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir:

    a) həlak olması (ölüm) halında;

    sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının notariat qaydasında təsdiq olunmuş şəhadətnaməsinin surəti

    vərəsəlik hüququnu təsdiq edən sənəd;

    sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi;

    b) əlillik halında:

    “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti;

    hərbi bilet (yaxud onu əvəz edən sənəd);

    sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti;

    c) ağır, yaxud yüngül xəsarət (yaralanma,

    travma, kontuziya) alması halında:

    xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) dərəcəsi və səbəbi haqqında hərbi-həkim komissiyasının arayışı;

    ç) hərbi qulluqçunun səhhətinin pozulmasına görə xidməti vəzifəsini yerinə yetirməyə yararsız hesab edilməsi halında:

    xəstəlik vərəqəsindən çıxarış;

    hərbi bilet (yaxud onu əvəz edən sənəd).

    Müvafiq icra hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qoşun birləşmələrinin hərbi hissələri, müəssisə, təşkilat və idarələri, hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar), hərbi təhsil müəssisələri sənədlərin rəsmiləşdirilməsində və sığorta ödənişlərinin alınmasında sığorta olunanlara, yaxud onların vərəsələrinə kömək etməlidirlər.
    P.S. Yazının hazırlanmasında göstərdikləri köməyə görə həmkarım Həbibə Abdulla xanıma və Vəkillər Kollegiyasının üzvü Mehman Muradova təşəkkürümü bildirirəm.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR