AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hansı əmlak sığortalanmır, işsizlər, pensiyaçılar…– Bütün suallara CAVAB

  • + A
  • - A
  • 14-01-2020, 11:11

    Hansı əmlak sığortalanmır, işsizlər, pensiyaçılar…– Bütün suallara CAVAB


    Bu il yanvarın 1-dən ölkədə daşınmaz əmlakın icbarı sığortalanmasına başlanılıb. Vətəndaşlara sığorta haqqının ödənilmədiyi təqdirdə cərimələnəcəkləri ilə bağlı bildirişlər göndərilir. Sığorta üzrə ekspert Xəyal Məmmədxanlı əhalini narahat edən suallarla bağlı Teleqraf.com-a müsahibə verib.

    – Xəyal bəy, əhalinin icbari daşınmaz əmlak sığortasına laqeydliyi nədən qaynaqlanır?

    – Birinci səbəb odur ki, insanlar “əşşi, heç nə olmaz” düşüncəsi ilə hərəkət edirlər. İkincisi, insanlar sığorta növləri haqqında məlumatsızdırlar. Hansıların məcburi, hansıların könüllü olduğunu bilmirlər. Üçüncü səbəb isə, sığorta şirkətlərinə inamın azlığıdır. Pulu ödəyib, qarşılığını əldə edə bilməyəcəklərini düşündükləri üçün, sığortadan yayınmağa çalışırlar.

    Hansı əmlak sığortalanmır, işsizlər, pensiyaçılar…– Bütün suallara CAVAB


    – Bu düşüncələrin aradan qaldırılması üçün sığortanın faydaları haqqında əhaliyə məlumat verilirmi?

    – Təbii, müəyən ə məlumatlar verilir. Sığorta şirkətləri insanlarla iş aparırlar, amma bu, arzuolunan səviyyədə deyil. Qanundan müəyyən xəbərdarlıqları çıxarıb, qapıya asmaq maarifləndirmək demək deyil. Əhaliyə qanunun əhəmiyyəti barədə məlumat vermək lazımdır. Hazırda sığorta şirkətlərinin pul yığmağa, evlərə xəbərdarlıq göndərməyə başı qarışıb. Pul yığmazdan əvvəl vətəndaşlara başa salmaq lazımdır ki, sığorta cərimə üçün deyil. Sığorta fövqəladə hallar zamanı yaranan ziyanı ödəyir.

    – Sığorta haqqı nəyə əsasən hesablanır? Evin dəyəri nəzərə alınırmı?

    – İcbari sığortada evin dəyərinin əhəmiyyəti yoxdur. Orada fiks rəqəmlər müəyyən olunub. Bakı şəhəri üzrə 25 min manat sığorta məbləği müəyyən edilib. Bu təminatın müqabilində illik 50 manat sığorta haqqı ödənilir.

    Abşeron, Gəncə, Sumqayıt üçün bu məbləğ 20 min manatdır, illik 40 manat sığorta haqqı ödənilir.

    Digər şəhər və rayonlarda 15 min manat sığorta məbləği müəyyən olunub, illik 30 manat sığorta haqqı ödənilir.

    – Bəs sığorta haqqının toplanılmasına necə nəzarət olunacaq? Cərimələr hansı qaydalar əsasında yığılacaq?

    – Bunun toplanmasında problem yoxdur. Şirkətlər qapıları döyürlər, vətəndaşlardan sığortalanmaq istəyənlər müqavilə imzalayaraq, sığorta haqqını ödəyirlər. Cərimələrin toplanması və yazılması üçün hələ ki xüsusi mexanizm yoxdur. Bu gün cərimələrlə insanlara hədə-qorxu gəlmək sığorta şirkətlərinin funksiyasına aid deyil. O səbəbdən də, vətəndaşları bununla bağlı qorxutmağa dəyməz.

    – Vətəndaşlar onlara göndərilən bildirişlərlə bağlı narahatdırlar. Bu bildirişləri kim göndərir?

    – Bildirişləri göndərən sığorta şirkətləridir. Əgər qanundan çıxarış edib, insanlara məlumat göndərirlərsə, burada qeyri-qanuni heç nə yoxdur. Amma vətəndaşları cərimələrlə qorxudurlarsa, bu, qanundan kənardır.

    – Hansı hallarda sığorta dəymiş ziyanın xərclərini qarşılamır?

    – Vətəndaşın qəsdən öz əmlakına ziyan vurması, sığortalanmış əmlaka təmir, emal nəticəsində zərərin dəyməsi, oğurluq, qrunt sularının səviyyəsinin dəyişməsi, şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində suyun axması zamanı əmlaka dəymiş ziyana görə sığorta xərci ödənilmir.

    Eyni zamanda, evdəki əşyalar sığorta təminatına daxil deyil, yalnız evin özü sığortalanır.

    – Hansı daşınmaz əmlaklar sığortaya cəlb olunmur?

    – Sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi daşınmaz əmlak, tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan daşınmaz əmlaklar qanunsuz tikililər sığortaya cəlb olunmurlar.

    – Qanunsuz tikililəri qeyd etdiniz. Sizcə, icbari sığorta bu tikililərin qarşısını almağa kömək ola bilər?

    – Hazırda qanunsuz tikililərin inşası dayandırılıb. Əvvəlki kimi acınacaqlı vəziyyət yoxdur. Ümumilikdə isə Bakı və Abşeron ərazisində qanunsuz tikililərin sayı yarım milyondan çoxdur. Onların sığortaya cəlb ediləməsi üçün sənədləşdirilməsi lazımdır.

    – İcbari tibbi sığortadan işsizlər, təqaüdçülər, imtiyazlı şəxslər azaddılar. İcbari əmlak sığortasında bu qaydalar keçərlidirmi?

    – Burada elə bir hal yoxdur. Heç kim sığorta haqqı ödəməkdən azad deyil. Yalnız aztəminatlı ailələr, ünvanlı sosial yardım alanlar müvafiq qurumlara müraciət etdikdə, dövlət hesabına sığorta haqları ödənilə bilər. Mülkiyyətində və ya faktiki sahibliyində əmlak olan hər kəs öz əmlakını sığortalamalıdır.

    – Daşınmaz əmlakın sığortalanması üçün hansı sənədlər lazımdır?

    – Ev kimin adınadırsa şəxsiyyət vəsiqəsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədləri sığorta şirkətlərinə təqdim etməklə daşınmaz əmlakı sığortalamaq olar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR