AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov Masallının Bədəlan və ətraf kəndlərində şəhid ailələri ilə görüşüb

  • + A
  • - A
  • Bu gün, 15:16

    Deputat Məşhur Məmmədov Masallının Bədəlan və ətraf kəndlərində şəhid ailələri ilə görüşüb

    Milli Məclisin deputatı Məşhur Məmmədov Bədəlan kəndində, həmçinin Bədəlan İnzibati Ərazi Dairəsinə daxil olan Çayqıraq, Aşurlu və Dəmirçi kəndlərində şəhid ailələri ilə görüş keçirib.

    Deputat görüşlər çərçivəsində şəhidlərin xatirəsini anmaq üçün onların məzarlarını ziyarət edib, güllər düzüb, dualar oxuyub və şəhidlərin əziz xatirəsinə ehtiramını ifadə edib.

    Görüş zamanı şəhid ailələrinin sosial vəziyyəti, qayğı və ehtiyacları ilə maraqlanan Məşhur Məmmədov bildirib ki, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı hər bir vətəndaş üçün nümunədir. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin rifahının yaxşılaşdırılması, sosial təminatlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.

    Deputatın sözlərinə görə, şəhid ailələrinin dövlətə və Prezidentə olan dərin inamı bu diqqətin bariz göstəricisidir:

    “Şəhid ailələrimizin razılığı, dövlətə və Prezident İlham Əliyevə olan inamı bir daha sübut edir ki, Vətən uğrunda canından keçənlərin əziz xatirəsi daim qəlbimizdə yaşayır, onların ailələri isə dövlətin xüsusi qayğısı altındadır.”

    Millət vəkili Məşhur Məmmədov vurğulayıb ki, fəaliyyətə başladığı dövrdən bu günədək millət vəkili seçildiyi seçki dairəsinə daxil olan bütün ərazilərdə şəhid ailələri ilə mərhələli şəkildə görüşlər keçirir və bu istiqamətdə işi mütəmadi davam etdirir:

    “Hər görüş zamanı onların qayğı və istəklərini diqqət mərkəzində saxlayır, problemlərin operativ həlli üçün aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə çalışırıq.”

    Sonda deputat bütün şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir və cansağlığı arzulayıb.




















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR