AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mingəçevir və Ağcabədidə qaz olmayacaq

  • + A
  • - A
  • Bu gün, 18:27



    Mingəçevir və Ağcabədi şəhərlərinin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi yayıb.

    Bildirilib ki, Mingəçevir şəhəri N. Nərimanov küçəsində abonentin qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar Mingəçevir şəhərində Ş.İ.Xətai, N.Nərimanov, A.Məmmədov, N.Gəncəvi küçələrində və H.Əliyev (2100 abonent) prospektində oktyabrın 22-də saat 10:00-dan işlər yekunlaşanadək "Mingəçevir 1 xətt" ölçü qovşağının üzərində quraşdırılmış kollektordan qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

    Həmçinin, Ağcabədi şəhəri N.Nərimanov küçəsində qeyri-yaşayış sahəsinin qarşısından keçən d-89 mm-lik qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə oktyabrın 23-də həmin ərazinin (N.Nərimanov, Ş.Qurbanov, E.Sadiqov, M.Hüseynzadə, Ə.Süleymanov, S.Vurğun, İ.Məlikzadə, Babək, Z.Adıgözəlov küçələri - 1920 abonent) qaz təchizatının daxildən dayandırilacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR