AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva - Zəfərin mübarək Azərbaycan Gəncliyi!

  • + A
  • - A
  • 2-02-2021, 07:53

    Politoloq Ülkər Piriyeva - Zəfərin mübarək Azərbaycan Gəncliyi!

    Əslində, tarixən xalqlar özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Elə buna görə də, sağlam xarakterli, düşüncəli, savadlı istedadlı gəncliyin yetişdirilməsi hər birimiz üçün, hər bir xalq üçün və eləcə də hər bir ölkə üçün ən aktaul məsələdir. Belə ki, hər bir ölkənin müqəddəratı gələcək taleyi məhz, indiki gənclərdən asılı olacaqdır. Əlbəttə ki, nəsillər dəyişir, ölkələr tərəqqi edir. Ancaq illər keçsə də, hər bir xalqın həyat yolu boyunca onun ənənələri, milli dəyərləri yaşayır və bu da öz növbəsində, ölkənin hərtərəfli, uğurlu şəkildə inkişafına hər bir vətəndaşın töhfə verməsinə gətirib çıxarır.

    Təbii ki, gənclyimizin azərbaycançılıq ideologiyasında, əsl vətənpərvərlik ruhunda tərbiyə olunması bizim mənsub olduğumuz xalqın rifahının, ölkənin çiçəklənməsinin təcəssümüdür. Biz, gənclər bu gün inamla və böyük fəxarətlə qeyd edə bilərik ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərini unutmur və öz Güclü siyasi lideri olan Ali Baş Komandanının və onun uğurla idarə etdiyi dövlətimizin qayğısı və diqqəti ilə əhatə olunaraq böyük inkişaf yolunda sürətlə irəliləyir.. Və bu dinamik irəliləyiş özünü 44 günlük Şanlı Qələbəmiz ərəfəsində də layiqli şəkildə özünü bütün dünyaya göstərmiş oldu.. Nə xoşbəxt, biz – "Azərbaycan Gəncləri"nə...

    Bizlər müasir və bütöv Azərbaycanın intelektual gəncliyi olaraq nəyinki milli mənəvi dəyərlərimizi, eləcə də, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadırıq və yaşadacağıq. Çünki, biz öz həyatımızı qurarkən, öncə, müasir və müstəqil ölkəmizin bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətimizdə yüksək vətəndaşlıq hisslərinə malik olduğumuzu hər sahədə bacardığımız qədər nümayiş etdiririk.

    Bəli, biz Azərbaycan Gəncləriyik..

    Eləcə də, dünyada hər bir xalqın taleyində və tarixində borclu olduğu şəxsiyyətlər vardır. Bu gün, qüdrətli Azərbaycan xalqı isə bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə və onun siyasi kurusunu uğurlu davam etdirən Cənab Prezident ilham Əliyevə və xanımı I Vitse-Prezident Mehriban Əliyevaya borcludur. Ümummilli liderimiz həmişə xalqına arxalanırdı, onun gəncliyinə böyük ümidlər bəsləyirdi. Hətta o hər bir yerdə qeyd edirdi ki, ölkəmizin gələcəyi gənclərin əlindədir. Beləliklə, o həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində sağlam düşüncəli gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xüsusi əhəmiyyət verirdi.

    Politoloq Ülkər Piriyeva

    1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
    Beləliklə, bu forum Azərbaycanda gənclər hərəkatının geniş məcrada irəliləməsinə təkan vermişdir.
    Ümummilli lider Heydər Əliyev I Forumdan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gəncləri günü elan etmişdir.

    Eyni zamanda, cənab Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclər qeyri-hökumət təşkilatlarının yaradılması, onların fəaliyyətlərinin təşkili üçün sağlam mühit formalaşdılmış və hüquqi baza təkmilləşdirilmişdir. Hazırda öz sıralarında 200 minədək gənci birləşdirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi bu gün ABŞ, Kanada, Rusiya, Ukrayna, Türkiyə, Almaniya və İtaliyanın hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməkdədir.

    Qeyd etmək istəyirəm ki, müstəqil dövlətimizin başçısının davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Belə ki, fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elm və təhsilə ictimai təsisat səviyyəsində yüksək qayğı göstərmək nümunəsi olmaqla bərabər, cəmiyyətimizin ümumi potensialının bu istiqamətdə səfərbər olunmasına yönəlmişdir. Fondun elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, yeniyetmələrin sabahın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində məqsədyönlü tədbirləri, ilk növbədə vətənpərvərlikdən irəli gələn addımlardır.

    “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Ulu öndər Heydər Əliyevin bu fikri indi də aktual olaraq səslənir və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir. Həqiqətən də gənclik böyük qüvvədir. Bu gün Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz fəaliyyətləri ilə sübut etmişlər, artıq.
    Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazır olduğunu əməli fəaliyyəti ilə sübut ettilər - Zəfərin mübarək Azərbaycan Gəncliyi!

    Yaşasın Ali Baş Komandan!
    Eşq olsun Azərbaycan Gəncliyinə!


    Politoloq Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR