Azərbaycanın daha 12 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilib.
AzadMedia.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, bitki mənşəli məhsulların tədarükü ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılması üçün “Rosselxoznadzor” Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə, Azərbaycan müəssisələrində məhsulun pomidor güvəsinə yoluxmaması ilə bağlı video-yoxlamalar aparır.
Yanvarın 14-dən 29-dək aparılan video-yoxlamalar nəticəsində alınan nümunələrin fitosanitar ekspertizasının mənfi nəticələrini nəzərə alaraq 5 fevral 2021-ci il tarixindən etibarən Rusiyaya pomidor idxalına icazə verilib.
Pomidor idxalına icazə verilən müəssisələr Bakı şəhəri, Abşeron, Lənkəran, Sabirabad və kürdəmir rayonlarında yerləşir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.