AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Kosmos Proqramının hədəflərini açıqlayıb

  • + A
  • - A
  • 10-02-2021, 11:30



    Prezident Administrasiyasının inzibati binasında Türkiyə Milli Kosmos Proqramının təqdimat mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kosmos Proqramının hədəflərini açıqlayıb.

    Türkiyənin kosmos, peyk, raket texnologiyaları və s. üzrə böyük uğurlar qazandığını və bu sahələrdə dünyanın aparıcı ölkələri ilə bir sırada olmağı hədəflədiyini diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan deyib: “Son 18 ildə peyk və kosmos texnologiyaları sahələrini əhatə edən 56 layihə üçün təməl yaratmışıq”.

    Yeni nəsil milli peyklər istehsal etmək, kosmosla əlaqə qurmaq, kosmos limanı yaratmaq kimi mühüm sahələrdən ibarət proqramı açıqlayan dövlət başçısı bildirib ki, əsas hədəf türk adamını Aya göndərməkdən ibarətdir.

    Xatırladaq ki, Türkiyə növbəti süni peyki - “TürkSAT 5A”nı bu il yanvarın 8-də Ankara vaxtı ilə saat 4:26-da (Bakı vaxtı ilə saat 05:26) orbitə göndərib. “TürkSAT 5A” sayəsində orbitdə gücünü artıran Türkiyə bundan sonra Yaxın Şərq və Afrika qitəsinə də peyk xidməti göstərəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR