AzadMedia.az Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini elan edir.
Azərbaycan xalqı özünün tarixi-mədəni irsi, folkloru, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Mədəniyyətimiz xalqımızın minilliklər boyu yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərləri özündə ehtiva edir.
Mədəniyyət Nazirliyi xalqımızın yaratdığı zəngin mədəniyyəti və maddi-mənəvi irsi qorumaq, inkişaf etdirmək, məzmununu zənginləşdirmək və gələcək nəsillərə layiqincə çatdırmaq, eləcə də dünya miqyasında onu təbliğ etmək, habelə bu sahədə dövlət siyasətini səmərəli şəkildə həyata keçirmək məqsədilə 2021-ci il üçün əsas hədəflərini elan edir:
Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması
Mədəniyyət və yaradıcılığın inkişafı və məzmununun zənginləşdirilməsi
Yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı
Mədəni irsin qorunması, bərpası və inkişafı
Mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası
“Nizami Gəncəvi ili” ilə bağlı yerli və beynəlxalq səviyyədə tədbir və layihələrin həyata keçirilməsi
Azərbaycan mədəniyyətinin dünyada təbliğinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi
Azərbaycan mədəniyyətinin ölkə daxilində təbliği məqsədilə layihə və tədbirlərin həyata keçirilməsi
Covid-19 pandemiyası ilə əlaqədar mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.