AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mədəniyyət Nazirliyinin strukturu və işçilərinin say həddi təsdiqlənib — YENİLƏNİB

  • + A
  • - A
  • 7-06-2018, 09:58

    Mədəniyyət Nazirliyinin strukturu və işçilərinin say həddi təsdiqlənib — YENİLƏNİB















    Mədəniyyət Nazirliyinin strukturu və işçilərinin say həddi təsdiq edilib.
    Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

    Fərmana əsasən, Mədəniyyət Nazirliyinin işçilərinin say həddi cəmi 384 ştat vahidi olmaqla, Nazirliyin Aparatı üzrə 140 ştat vahidi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti üzrə 25 ştat vahidi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələri üzrə 219 ştat vahidi müəyyən edilib.
    ***

    "Ölkə.Az" xəbər verir ki, Prezident İlham Əliyevin iyunun 6-da imzaladığı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərmanla struktura Mədəniyyət Nazirliyinin Aparatı (şöbələr və sektorlar), Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələri daxildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR