İmişli rayonunun Sarxanlı kəndində fərdi yaşayış evində qaz sızmasından partlayış baş verib.
Azadmedia.az xəbər verir ki, hadisə nəticəsində rayon sakinləri - 1961-ci il təvəllüdlü Atakişiyev Tahir Knyaz oğlu, 1963-cü il təvəllüdlü Atakişiyev Səfər Knyaz oğlu və 1960-cı il təvəllüdlü Atakişiyeva Ofeliya İdris qızı ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır (apa).
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.