AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qaxın bir hissəsi işıqla təmin olunub - Yenilənib

  • + A
  • - A
  • 18-02-2021, 09:04


    Qax rayonunda elektrik enerjisinin verilişi dayanıb.

    AzadMedia.az Report-a istinadən xəbər verir ki, rayonun bütün yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.

    Nəticədə dünən axşam saat 19:30 radələrindən etibarən rayon ərazisi işıqsız qalıb. Məlumata görə, buna səbəb rayona verilən elektrik xəttinin Şəki rayonu ərazisində qırılmasıdır.


    Qeyd edilir ki, həmin xətdə bərpa işlərinə başlanılıb. Bir neçə saatdır rayonun elektrik enerjisi ilə təminatını bərpa etmək cəhdləri isə hələlik nəticə verməyib.

    ***

    Gecə saatlarından Qax rayonunun bir hissəsi elektrik enerjisi ilə təmin olunub.

    "Qafqazinfo"nun məlumatına görə, hadisəyə səbəb Mingəçevir şəhərindən Qax rayonuna gedən 110 k/v-luq elektrik xəttinin Şəki rayonu ərazisindən keçən hissəsində qəza baş verməsi olub.

    Hazırda rayonun böyük bir hissəsində elektrik enerjisi bərpa olunub, qalan hissəsinin də təmin olunması istiqamətində işlər gedir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR