AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağımız cənnətə çevrilmə mərhələsindədir

  • + A
  • - A
  • 18-02-2021, 11:27

    Qarabağımız cənnətə çevrilmə mərhələsindədir

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərini televiziyada izlədim

    Azərbaycanın son 20 ilə yaxın tarixi açıq göstərdi ki, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq uğrunda istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində ardıcıl, düşünülmüş siyasət həyata keçirərkən "güclü dövlət" konsepsiyasını reallaşdırmağa nail oldu. Bu konsepsiyanın reallığa çevrilməsinin ən böyük səbəbi o idi ki, lider qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi missiyanı qarşısına qoymuş və buna nail olmuşdur. Azərbaycan dövlətinin qarşılaşdığı çətinliklərin fonunda bu vədlərin verilməsi və onların bütünlüklə yerinə yetirilməsi əslində öz taleyini xalqının taleyinə bağlamaq və əsl qəhrəmalıq nümunəsi idi.

    Biz Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrın 1-dən Azərbaycan Prezidenti kimi fəaliyyətə başladığı ilk gündən Ulu Öndər Heydər Əliyev tərəfindən qurulmuş möhkəm dövlətçilik əsaslarına söykənən çoxsaylı siyasi, sosial, iqtisadi və s. çağırışlara cavab verilməsini, onun davamlılığının təmin edilməsi kimi ümumilli problemlərin qarşıda dayandığının şahidi oluruq. Ancaq bütün çətinliklərə baxmayaraq o heç zaman geri çəkilmədən, dəyişən və dünyanın bir çox hallarda ədalətsizliyə yol açan proseslərinə sinə gərib, ən ciddi riskləri belə zərərsizləşdirməyə, ölkəni kənardan təhdid edən güclərə qətiyyətli və iradəli cavab verməyə nail olub, ölkə vətəndaşına “mən hər bir azərbaycanlının prezidenti olacağam” kimi verdiyi məsuliyyətli vədi yüksək səviyyədə yerinə yetirib. Ölkə başçısının işğaldan azad edilən rayonlara səfəri hər şeydən öncə bu torpaqların sahibsiz olmadığını, bu ərazilərin Azərbaycana məxsus olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, dövlətimizin və xalqımızın yaxın gələcəkdə bu ərazilərdə böyük quruculuq prosesinə start verəcəyini, bunun üçün ciddi hazırlıq işləri həyata keçirildiyini beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq baxımından mühüm əhəmiyyətə malikdir.
    Ali Baş Komandan İlham Əliyev qarşıda duran vəzifələri şərh edərkən bildirir ki, “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız bu məsələlərdə fəal olmalıdır.

    Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər etməklə bu ərazilərin Azərbaycana aid olduğuna, xalqımızın bu torpaqlara artıq əbədi döndüklərinə dair növbəti dəfə bütün dünyaya açıq şəkildə mesaj ünvanlamış oldular.Artıq Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. Erməni işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ ağıllı şəhər” və “ağıllı kənd”konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur.Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin təşəbbüsü dövlətimizin güc və qüdrətini nümayiş etdirir.

    İşğal altında saxlandığı vaxtlar Azərbaycan kəndləri ermənilər tərəfindən qanunsuz məskunlaşdırılsa da, onlar üçün yaradılan şərait Prezidentin ifadə etdiyi kimi, it damından fərqli olmayıb. Yollar, infrastruktur yalnız İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsindən sonra bərpa olunmağa başlamışdır. Dağıdılmış evlər erməni faşizminin törətdiyi əməllərdir. İşğalçı rejim Azərbaycana qarşı ekoloji terror törətmişdir. Prezidentin göstərişilə azad edilmiş bütün torpaqlarda bərpaolunan enerji növləri və yerləri müəyyənləşdirilir.Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib.

    Azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. “Yaşıl enerji”nin inkişafı investiya cəlbinin əsas istiqamətlərindən biridir. Səfər zamanı Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən tarixi əhəmiyyətli Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyulması da xüsusi əhəmiyyətli məsələdir. Prezident İlham Əliyev bu dəmir yolunun çox böyük strateji əhəmiyyətiinin olduğunu da vurğulayaraq bildirib ki, Horadiz-Ağbənd dəmir yolunun istifadəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəmir yolunu bir-birinə bağlanacaq: "Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi". Horadiz-Ağbənd dəmir yolunun istifadəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəmir yolunu bir-birinə bağlanacaq. Bu tarixi əhəmiyyətli kommunikasiya xəttinin açılışı bir zamanlar ermənilərin havadarlarının və işğalçıların xalqımıza qarşı məkrli planlarını məhv etmiş olacaq.

    Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "Bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".

    İstər İkinci Vətən Müharibəsi, istər möhtəşəm Qələbə, istərsə də qazanılan tarixi Zəfərdən sonra görülən işlər Azərbaycanın bir daha gücünü, əzmini, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin bir daha iradəsini və qətiyyətini göstərdi. Biz əminik ki, işğaldan azad olunan torpaqlarımız , Qarabağımız cənnətə çevriləcək!



    Masallı rayon Heydər Əliyev Mərkəzinin
    direktoru:Dilbər İbayeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR