AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Merd petrol”un yanacaq çənindən nələr çıxdı... – Video

  • + A
  • - A
  • 19-02-2021, 12:39



    Yasamal rayonunun Moskva prospektində - “Şamaxı yolu” adlanan ərazidə yerləşən “Merd petrol”un yanacaq çənindən çıxan zibil görənləri heyrətə salıb.

    Bununla bağlı çəkdiyi görüntüləri Axar.az-a göndərən Ramil Quliyev bildirib ki, yanacaq çənindən çıxan zibil və tullantılar əslində bu məntəqənin əhaliyə necə xidmət etməsinin görüntüsüdür. Belə ki, illərlə təmizlənməyən yanacaq çənlərində yığılan tullantılar yanacağa qarışaraq, avtomobillərə vurulur. Nəticədə isə yanacağın keyfiyyətsizliyi bir yana, bu çirkli yanacaq avtomobillərin aidiyyəti hissələrinin sıradan çıxmasına səbəb olur.

    Videonu çəkən R.Quliyevi isə oradakı fəhlə və mühafizəçilər təzyiq və təhqir edib, onu ərazidən uzaqlaşdırıb, hətta fiziki güc tətbiq etməyə çalışıblar.

    Qeyd edək ki, R.Quliyev dekabr ayında sözügedən yanacaq məntəqəsindən avtomobilinə dizel vurandan sonra maşınının müəyyən hissələri sıradan çıxmışdı. Servisdən isə bildirilmişdi ki, onun avtomovilinə tərkibində su olan çirkli dizel vurulduğu üçün aidiyyəti hissələr sıradan çıxıb.

    Ümumilikdə 2500 manat ziyana düşən R.Quliyev İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də daxil olmaqla, bir neçə quruma, o cümlədən “Merd petrol” rəhbərliyinə müraciət etsə də, heç bir reaksiya olmamışdı.

    Bir müddət öncə isə rəsmi qurumlar belə yanacaq məntəqələrində yanacağın keyfiyyətsiz olması və çirkləndiyi barədə açıqlama yaymışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR