AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kiyevdə Xocalıya həsr edilmiş film nümayiş olundu - Video

  • + A
  • - A
  • 23-02-2021, 20:20


    Bu gün Kiyev şəhər kinoteatrında Xocalı faciəsinə həsr olunmuş “Sonsuz dəhliz” filmi nümayiş etdirilib.

    AzadMedia.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin məlumat verib. O bildirib ki, filmin nümayişinə litvalı kinoşünas, ekran əsərinin müəllifi, rejissor və prodüseri Aleksandras Brokas da dəvət olunub.

    “Film dünyanın bir çox kinozallarında nümayiş etdirilib, xüsusi mükafata layiq görülüb. Film çox təsirlidir. Filmin nümayişində yerli media nümayəndələri, eləcə də xarici media orqanları, Ukrayna Radasının deputatları, siyasətçilər, Azərbaycan diasporunun ziyalıları, müsəlman icmalarının şeyxləri, rəhbərləri, başqa dini təşkilatların nümayəndələri iştirak ediblər”, - deyə Krapivin qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR