AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə alpinistləri Xocalı qurbanlarını Haçadağda yad ediblər

  • + A
  • - A
  • 24-02-2021, 17:04

    Türkiyə alpinistləri Xocalı qurbanlarını Haçadağda  yad ediblər


    Türkiyə alpinistləri erməni silahlı birləşmələri tərəfindən Xocalıda qətlə yetirilmiş 613 nəfər Azərbaycan vətəndaşının xatirəsini Naxçıvandakı Haçadağının zirvəsində yad ediblər.

    Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar gerçəkləşdirilən tədbir Türkiyədəki "Zirvə" Alpinizm və Açıq Havada İdman Klubu, Azərbaycanın Qarsdakı Baş konsulluğu və İğdır–Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşkilatçılığı ilə baş tutub.

    Türkiyənin müxtəlif bölgələrindən 15 alpinist İğdırdan toplanaraq Naxçıvana yola düşüblər. Onlar hündürlüyü 2415 metr olan Haçadağın zirvəsinə qalxaraq Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırıblar, eləcə də "Xocalı şəhidlərini ehtiramla və rəhmətlə xatırlayırıq!", "Xocalını unutmadıq!", "Azərbaycan, səninləyik!" şüarlarını qaldırıblar.

    "Zirvə" klubunun prezidenti Orxan Kozan bildirib ki, 6 ildir Xocalı soyqırımı qurbanlarının xatirəsini Haçadağın zirvəsində yad edirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR