AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xocalı soyqırımı FHN-in Akademiyasında yad edilib

  • + A
  • - A
  • 26-02-2021, 21:37

    Xocalı soyqırımı FHN-in Akademiyasında yad edilib

    Fevralın 26-da FHN-in Akademiyasında Xocalı soyqrımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

    AzadMedia.az xəbər verir ki, tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Baba Salayev bildirib ki, tarixin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı Azərbaycan xalqının tarixində dərin və ağrılı izlər buraxıb. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq Xocalıya hücum edərək tariximizə qanlı hərflərlə həkk olunmuş soyqırımı törədiblər. Soyqırımı nəticəsində 613 günahsız Xocalı sakini, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib.

    Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini bildirən Akademiyanın rəisi xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanmaqla Xocalı soyqırımının və şəhidlərimizin intiqamını alıb.

    Tədbirdə Akademiyanın Humanitar fənnlər kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Fizuli İbrahimzadə “Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir” mövzusunda çıxış edərək tarixi faktları tədbir iştirakçılarının nəzərinə çatdırıb.

    Sonra Akademiyanın kursantları Yusif Laçınov və Cəsur İsgəndərli Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR