AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səfər Mehdiyevdən DGK-də yoxlamaların aparılması ilə bağlı AÇIQLAMA

  • + A
  • - A
  • 4-03-2021, 12:46

    Dövlət Gömrük Komitəsində hər hansı bir hüquq-mühafizə orqanı və ya xidmət yoxlama həyata keçirməsi və 700 milyon manat kəsr aşkarlaması xəbərləri həqiqəti əks etdirmir.

    Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası ilə bağlı keçirilən brifinqdə deyib.

    O bildirib ki, DGK-nın xidmətində olan çatışmazlıqları və nöqsanları ictimaiyyətə çatdırmağa azad mətbuatın hüququ var, lakin bu cür yanlış ittihamlar xidmətin fəaliyyətinə kölgə salmağa cəhd edən şəxslərin siyasi oyunu idi:

    “Dövlət Gömrük Komitəsində hər il müvafiq qurumlar, xüsusilə də, Azərbaycan Respublikasının Hesablamalar Palatası yoxlamalar aparır. Biz zavod və ya fabrik deyilik ki, hər hansı kəsirimiz olsun. Mən Komitəsinin illik nəticələrini ictimaiyyətə təqdim etdim. Son 3 ildə büdcəyə daxilolmalar artıb. Bunu sadəcə görmürlərsə kordurlar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR