İsmayıl Hüseynovu media tənqid etdi, Səfər Mehdiyev isə vəzifə verdi
Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynovun Bakı Baş Gömrük İdarəsinə rəhbər təyinatı özlüyündə ciddi fəasadlar yaratdı. Əslində İsmayıl Hüseynov problemlər portfelini özü ilə Bakı Baş Gömrük İdarəsinə gətirdi desək səhv etmərik. Xatırladaq ki, İsmayıl Hüseynovun bir müddət öncə rəhbərlik etdiyi Avtonəqliyyat Baş Gömrük İdarəsində ölkəyə avtomobil ixrac edən fiziki və hüquqi şəxslərin narazı salınması üçün mümkün olan hər şey edilirdi. Hətta bu qurumda əməliyyalar dövlət tərəfindən təmin edilən müasir elektron aparatlar vasitəsilə deyil, İsmayıl Hüseynovun kölgəsi rolunda olan bir şəxsin əlindəki sadə kalkluyatorla "həll edilirdi". Buna baxmayaraq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev problemlər bankomatı olan bu şəxsə daha ciddi dövlət vəzifəsi etibar etdi. Bu azmış kimi BakuNews.az-ın əldə etdiyi məlumata əsasən DGK-nın sədri yaxın günlərdə İsmayıl Hüseynovu daha yüksək vəzifəyə - Dövlət Gömrük Komitəsi sədrinin I müavini postuna təyin edəcək. Göründüyü kimi konkret faktlarla tənqid edilən məmurun əməlləri araşdırılmaq əvəzinə, yuxarı orqanın rəhbərliyi tərəfindən daha məsul vəzifəyə təyinatı planlaşdırılır. Və buradan da belə nəticə çıxır ki, deməli Dövlət Kömrük Komitəsində məsul vəzifələrə təyinat üçün bilik və bacarığa ehtiyac yoxdur. Sadəcə əməllərində kifayət qədər qanunazidd hərəkətlərin çoxluğu əsas köməkçi faktordur. Onu da qeyd edək ki, İsmayıl Hüseynov vətəndaşın incidilməsi prosesini tək deyil, illər öncə yaratdığı "komandası" ilə həyata keçirir. Və artıq bu iş prinsipi ölkə başçısının müəyyən etdiyi "məmur vətəndaşın xidmətçisidir" siyasətinə sadəcə müharibə elan etməkdir. Görəsən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevi bu cür neqativ iş üslübuna dəstək verməyə sövq edən hansı amildir? Nədən cənab İlham Əliyevin müəyyən etdiyi prinsiplər məhz Dövlət Gömrük Komitəsində pozulur? Bəlkə...
P.S. Gəldiyimiz qənaət bunu qeyd etməyə əsas verir: DGK-nin qanunları pozmaqda maraqlı və həvəsli olan əməkdaşları, buyurun nə qədər qara, qanunazidd əməlləriniz var BakuNews.az-a təqdim edin. Narahat olmayın bizim oxucudan gələn informsiyaları dərc etməkdə hər hansı problemimiz yoxdur. Təki sizlərin "əməllərinizdən" geniş ictimaiyyət xəbər tutsun. Axı Səfər Mehdiyev məhz bundan sonra həmin şəxsə daha yüksək vəzifə verir.
Mövzuya qayıdacağıq.
Redaksiya, yazıda adı çəkilən şəxslərin və müəssisələrində mövqeyini dərc edə bilər
BakuNews.az