AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat şəhid və qazi ailələrini bayram münasibətilə ziyarət etdi

  • + A
  • - A
  • 16-03-2021, 13:54


    Bu gün Novruz çərşənbələrinin sonuncusu - Torpaq çərşənbəsidir. Xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" kimi də adlandırılan bu çərşənbə günü yer oyanır, torpaq nəfəs alır və əkinə, toxum səpininə hazır olur. Çərşənbələrin içində ən böyük təmtəraqla keçiriləni axır çərşənbə axşamıdır. Həmin gün evlərdə bayram süfrələri açılır. Min illərdir ki, xalqımız baharın, yazın, günəşin gəlişini bayram edər, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub yaşadardılar. XXI əsrdə yaşasaq da, milli adət və ənənələrimizi bu gün də sevə-sevə yaşatmaqla keçmişimizə hörmət, gələcəyimizə ümidlə baxırıq. Bütün bayramlar mahiyyət etibarı ilə birləşdirici, bütünləşdirici xüsusiyyətə malikdir. İlaxır çərşənbələrin və Novruz bayramının mahiyyətində də xalqın birliyi dayanır.  Məhz bu birliyin nəticəsində bu il işğaldan azad olunmuş torpaqlarımızda Baharın gəlişini qürurla seyr edir, illərdən sonra bayram tonqalları yandırmağın sevincini yaşayırıq.
    Əsrlərdən gələn adət-ənəyə sadiq qalan Masallı Rayon 70 saylı Seçki Dairəsinin deputatı Məşhur Məmmədov bu əziz gündə doğma rayonunda olub seçicilərini bayram hədiyyələri ilə sevindirdi. Masallıya bayramqabağı səfəri çərçivəsində deputat 1-ci Qarabağ Müharibəsində şəhid olan 66, 2-ci Vətən Müharibəsində canını fəda etmiş 22 şəhid ailəsində olmuş, onların bayramlarını təbrik etmiş, ərzaq yardımı edərək qayğıları ilə maraqlanmışdır. Qazi seçicilərini də unutmayan millət vəkili eyni yardım dəstəyi ilə 114 Qazi ailəsində olub, onların bayramlarını təbrik etmiş, bir daha bu gün işğaldan azad edilən torpaqlarda tonqallar yandırma sevincini bizlərə yaşatdıqları üçün onlara təşəkkür etmişdir.
    Şəhid və Qazi ailələləri də Məşhur Məmmədova diqqət üçün təşəkkür edib, bayramını təbrik etmiş, dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarını bildirmişlər.

    Rəmzi Şahverdiyev






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR