AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AAYDA sürücüləri diqqətli olub, qaydalara əməl etməyə səslədi

  • + A
  • - A
  • 25-03-2021, 12:20


    Payız-qış mövsümündə yağan yağıntılar və intensiv hərəkət nəticəsində palçıq və toz basmış körpü və yol elementlərinin xüsusi təyinatlı işçi qrupu tərəfindən də təmizlənməsi işləri aparılır.

    Təmizlik işləri bu gün Ziya Bünyadov prospektində yerləşən avtomobil tunellərində aparılacaq. Bu sözlər AAYDA-nın rəsmi facebook səhifəsində yazılaraq qeyd olunub ki, sözügedən işlər zamanı tunellərin divarları, yol nişanları, işıqəksetdiricilər, əyri xətli dəmir tirlər, səki daşları və s. xüsusi təyinatlı maşınlar vasitəsi ilə təzyiqli su verilərək yuyulur.

    Sürücülərdən işlərin aparıldığı ərazilərdə diqqətli olmaları, yol hərəkəti qaydalarına və ərazilərdə qoyulmuş müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

    Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR