AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Caliber”: “Şuşaya atılan “İskəndər” Gümrüdən buraxılıb?” - VİDEO

  • + A
  • - A
  • 31-03-2021, 20:10



    İkinci Qarabağ müharibəsində operativ-taktiki raketlərdən istifadə məsələsində yeni detallar üzə çıxıb.

    Məlum olub ki, ANAMA Şuşa ətrafında iki ədəd “İskəndər” raketinin qalıqlarını aşkar edib.

    Bu barədə “Caliber”in yeni süjetində bildirilib.

    Qeyd olunub ki, raketin Ermənistan ordusunun ixtiyarında olan “E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi “M” modifikasiyasına aid olması ciddi suallar doğurur.

    Süjetdə raketlərin bu iki növü arasındakı fərq izah olunur və “E” versiyasının məhz ixrac üçün nəzərdə tutulduğu bildirilir. Şuşada qalıqları tapılan “İskəndər”lərin üzərindəki “M” nişanları isə onların məsələn, Gümrüdəki 102-ci Rusiya hərbi bazasından buraxılmasını ehtimal etməyə əsas verir.

    Daha ətraflı “Caliber”in süjetində:



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR