AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Yaşıl Marafon” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına Dövlət Gömrük Komitəsi də qoşuldu (FOTO)

  • + A
  • - A
  • 4-04-2021, 17:18


    IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

    Dövlət Gömrük Komitəsindən Azadmedia.az-a verilən məlumata görə, bu gün Bakının Xocasən qəsəbəsində keçirilən aksiyaya Komitənin əməkdaşları da qoşulub. Ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev də iştirak edib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının və könüllülərin iştirakı ilə 2 hektar ərazidə 1600-dən artıq müxtəlif cinsli ağac əkilib.

    Qeyd edək ki, bu il yaz və payız əkin mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkiləcək.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR