AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paytaxtda 5 avtobusun hərəkət sxemi dəyişdirildi

  • + A
  • - A
  • 4-04-2021, 18:30

    Paytaxtda 5 avtobusun hərəkət sxemi dəyişdirildi

    Aprelin 5-də aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq Xudu Məmmədov küçəsinin İlqar Zülfüqarov küçəsinin kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

    Bakı Nəqliyyat Agentliyindən AzadMedia.az-a verilən məlumata görə, bu səbəbdən M1, M2, M6, 11 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərinin müvəqqəti olaraq aşağıda göstərilən qaydada müvəqqəti təşkil edilib.

    Dəyişikliyə əsasən:

    M1, M2, M6 nömrəli ekspres marşrut “Həzi Aslanov “ metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə , daha sonra öz hərəkət sxemi üzrə;

    11 nömrəli müntəzəm marşrut Ukrayna dairəsi – Vunqtau küçəsi – Gəncə prospekti – Sadıqcan küçəsi üzrə; hərəkəti müyyən edilib.

    104 nömrəli müntəzəm marşrut “Həzi Aslanov “ metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müyyən edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR