AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

May ayında 5 gün iş olmayacaq – TƏQVİM

  • + A
  • - A
  • 5-04-2021, 15:30



    May ayında qeyri-iş günlərinin sayı məlum olub.

    Bu il 9 May - Faşizm üzərində qələbə günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 10 may qeyri-iş günü olacaq.

    Nazirlər Kabinetinin 3 dekabr 2020-ci il qərarına əsasən, bu il 13 may (cümə axşamı) və 14 may (cümə) isə Ramazan bayramıdır. Həmin günlər də qeyri-iş günüdür.

    Eyni zamanda 28 May - Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.

    Beləliklə, may ayında bayramlarla əlaqədar 4 gün iş olmayacaq. Beşgünlük iş həftəsində çalışanlar üçün may ayında 14 gün qeyri-iş günü olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR