Krımın paytaxtı Simferopolun təhsil müəssisələrindən birində partlayış təşkil etməyi planlaşdıran iki terrorçu saxlanılıb.
Bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat verib.
Terror hücumu 1992 və 1999-cu il təvəllüdlü Rusiya vətəndaşları tərəfindən hazırlanıb. Onların “Həyat Təhrir əş-Şam” terror təşkilatının tərəfdarları olduqları bildirilir.
Məlumata görə, terrorçular hücum etmək üçün əldəqayırma partlayıcıdan istifadə etməyi və daha sonra tranzit yolla Ukrayna və Türkiyə ərazisindən Suriyaya yola düşməyi planlaşdırıblar.
Saxlanılanların evlərindən partlayıcı maddələr və silah-sursat aşkarlanaraq götürülüb. Hüquq-mühafizə orqanları terrorçuların planlarını müzakirə etdikləri yazışmalara və səsli mesajlara da giriş əldə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.