Azadmedia.az xəbər verir ki, Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə sürücü və sərnişinlər arasında riayət olunmasına nəzarət məqsədilə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti reyd təşkil olunub.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, reyd zamanı rayondaxili marşrutlarda sürücü və sərnişinlərin gigiyenik vasitələr və sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb. Sərnişinlərlə profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb. Qaydalara və sağlamlığına qarşı laqeydlik nümayiş etdirərək tibbi maskadan istifadə etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Reyd zamanı polis əməkdaşları tərəfindən həmçinin taksi fəaliyyəti ilə məşğul olan şəxslərin və sərnişinlərinin də gigiyenik vasitələrdən istifadə etməsi yoxlanılıb, karantin qaydalarını pozanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.