ADAU növbəti beynəlxalq layihədə!
Orta Asiya və Cənubi Qafqaz Kənd Təsərrüfatı Universitetləri Konsorsiumu KASKAD(CASCADE) 7 sentyabrda öz işinə start verdi.
Başlıca məqsədi xarici universitetlərlə ikitərəfli əməkdaşlıq, beynəlxalq təhsil proqramlarında iştirak, xarici tələbələrin cəlb olunması, beynəlxalq platformalarda məqalə və tədqiqat işlərinin dərc edilməsi, müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdən ibarət olan KASKAD Beynəlxalq İqtisadiyyat və İdarəetmə Məktəbidir. 6 ölkədən 15 kənd təsərrüfatı yönümlü universitetinin tələbə və professor-müəllim heyətinin iştirak etdiyi layihədə Azərbaycanı Azərbaycan Dövlət Aqrar Universiteti təmsil edir. İlkin mərhələdə İqtisadiyyat və Menecment istiqamətində mükəmməl rus dilində tədris prosesinin təşkilini həyata keçirən layihə, gələcək persektivlərdə əməkdaşlıq istiqamətlərinin daha da genişlənməsini nəzərdə tutur. Layihəni uğurla başa vuran tələbələr yekunda beynəlxalq sertifikatlara layiq görüləcəklər. Layihədə iştirak edən Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə və professor-müəllim heyətinə və ümimilikdə ölkələrimizin kənd təsərrüfatı sektoruna gələcək liderlərin yetişdirilməsində yeni, kütləvi məsafədən təhsil metodlarının uğurlu tətbiqi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən bütün işlərdə müvəffəqiyyətlər diləyirik!