Ukraynanın müvəqqəti işlər vəkili Vasili Pokotilo Sankt-Peterburq şəhərində Baş Konsulluğun konsulu Aleksandr Sosonyukun qanunsuz fəaliyyəti ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
RF XİN-in məlumatında bildirilib ki, Sosonyukun Rusiyada qalması arzuolunmazdır. Ona aprelin 19-dan etibarən 72 saat ərzində ölkədən getməsi tövsiyə olunur.
Xatırladaq ki, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti (FTX) ukraynalı diplomatı hüquq-mühafizə orqanlarının və FTX-nin məlumat bazalarından gizli məlumatlar əldə etdiyi üçün saxlamışdı.
My Webpage
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.