İyulun 27-nə keçən gecə Rusiyanın Rostov-na-Donu şəhərinin liman infrastrukturuna pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.
"Rostov limanı" SC-nin dördüncü yük rayonunun ərazisi zərbəyə məruz qalıb.
Məlumata görə, zərbələrdən sonra obyektin ərazisində yanğın baş verib.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, hücum nəticəsində özəl müəssisənin və anbarların ərazisində yanğın ocaqları yaranıb. Onun sözlərinə görə, Rostov-na-Donunun bir neçə rayonuna ziyan dəyib, ölənlər və yaralananlar var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.