AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hindistan Ukrayna səfirini Xarici İşlər Nazirliyinə çağırıb

  • + A
  • - A
  • Bu gün, 18:52

    Hindistan Ukrayna səfirini Xarici İşlər Nazirliyinə çağırıb


    Hindistan Ukraynanın bu ölkədəki səfiri Aleksandr Polişuku Xarici İşlər Nazirliyinə çağırıb. Buna səbəb MV OMORFI adlı ticarət gəmisinə edilən hücum nəticəsində Hindistan vətəndaşının həlak olması olub.

    Hindistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, nazirlik insidentlə bağlı ciddi narahatlığını ifadə edib və kommersiya gəmilərinə qarşı hücumları qətiyyətlə pisləyib.

    Bəyanatda vurğulanıb ki, bu cür hücumlar dəniz təhlükəsizliyinə, gəmiçilik azadlığına və beynəlxalq ticarətə mənfi təsir göstərir.

    Hindistan tərəfi Ukrayna səfirindən ölkəsinin rəhbərliyinə rəsmi narahatlığı çatdırmağı istəyib. Nazirlik qeyd edib ki, günahsız mülki dənizçilərin həyatını təhlükə altına atan bu cür hərəkətlər qəbuledilməzdir və dərhal dayandırılmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR