AzadMedia.az xəbər verir ki, Polis polkovnik-leytenantı Tuncay Abbasov Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinin rəisi vəzifəsindən azad edilib.
Belə ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə o, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, T.Abbasov deputat Aqil Abbasın oğludur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.